• $
  • £

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu
14.11.2025 17:11

Mobil operator Azərbaycanda investor mədəniyyətinin inkişafına dəstəyini davam etdirir
4–6 noyabr 2025-ci il tarixlərində Bakıda “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutub. Ölkədə innovasiya və investisiya ekosisteminin inkişafına daima töhfə verən “Azercell Telekom” MMC tədbirə tərəfdaşlıq edib. 


Layihənin əsas məqsədi Azərbaycanda yeni nəsil investorların formalaşdırılması, onların praktiki və nəzəri biliklərinin artırılması, eləcə də ölkədə sağlam investor mədəniyyətinin təşviq edilməsidir. Üçgünlük proqram çərçivəsində iştirakçılar üçün investor təlimləri və İnvestisiya Sammiti təşkil olunub. 


Azercell Telekom-u tədbirdə şirkətin Texnologiya və İnformasiya üzrə Baş direktor Corc Held təmsil edib. C. Held çıxışında Azercell-in ölkədə startap və innovasiya ekosisteminin inkişafına verdiyi dəstəyin əhəmiyyətindən danışaraq bildirib.


“Azercell uzun illərdir Azərbaycanda startap ekosisteminin formalaşması və inkişafına böyük  əhəmiyyət verir. Biz inanırıq ki, bu kimi təşəbbüslər ölkənin iqtisadi transformasiyasına və innovasiyaların sürətlənməsinə xidmət edir"


Tədbirə 500-dən artıq potensial investor qatılıb, onlar hüquqi çərçivələr, risklərin idarə edilməsi, investisiya strategiyaları və portfelin diversifikasiyası kimi mövzularda biliklər əldə ediblər.


Sammit çərçivəsində yerli startapların təqdimat sessiyaları, panel müzakirələr və beynəlxalq ekspertlərin çıxışları baş tutub. Tədbirin sonunda seçilən 5 iştirakçı ABŞ-da keçiriləcək “Silicon Valley Tour” proqramına vəsiqə qazanıb.
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol