• $
  • £

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
15.11.2025 17:12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib.Bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri, nazirliyin mətbuat katibi Axror Burxanov məlumat verib.

"Bu gün Mərkəzi Asiyada tamamilə yeni bir əhval-ruhiyyə - sıx dostluq, mehriban qonşuluq və birgə inkişaf ruhu hökm sürür. Bu ruh bütün təşəbbüs və qərarlarımızın əsasını təşkil edir. Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir mühüm aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir", - Burxanov sosial şəbəkələrdə yazıb.

O qeyd edib ki, Ceyhun Bayramovun bu görüşdə iştirakı yaxın dost və tərəfdaş dövlətlə çoxplanlı münasibətlərin daha da genişlənməsindən xəbər verir.

Müşavirin sözlərinə görə, iclas çox məhsuldar, açıq və etimada əsaslanan bir şəraitdə keçib:

"XİN rəhbərləri regionumuzun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı ilə bağlı ən aktual məsələləri ətraflı müzakirə ediblər".

Burxanov əlavə edib ki, tərəflər açıq dialoq, praktiki əməkdaşlıq və ümumi inkişaf istiqamətində tədbirlərin ardıcıllıqla həyata keçirilməsini davam etdirəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol