• $
  • £

Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib

Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib
18.11.2025 11:22

İctimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib. Bu barədə Ali Məhkəmə qərar qəbul edib. 

Məlumata görə, birinci inistansiya məhkəmsinin qərarı qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  "xuliqanlıq” (CM-nin 221-ci maddəsi) və "məhkəməyə hörmətsizlik” (CM-nin 289-cu maddəsi) nəzərdə tutan maddələri ilə  ittiham olunur.

Bu ilin iyulunda onun ittiham olunduğu maddələrin üzərinə  192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə etmə) maddələri də əlavə edilib.
 
Noyabrda isə o əlavə olaraq Cinayət Məcəlləsinin 213.1 (vergiləri, işsizlikdən sığorta ödənişlərini, icbari tibbi və sosial sığortanı ödəməkdən yayınma) maddəsi ilə ittiham olunub.

Bəxtiyar Hacıyev  ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və siyasi motivlərlə həbs olunduğunu bəyan edib. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bəxtiyar Hacıyev ABŞ-ın Harvard universitetinin məzunudur. Bu universiteti beynəlxalq münasibətlər ixtisası üzrə bitirib və vətənə qayıdandan sonra əsasən hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. 

Tatyana Kryuçkina

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol