• $
  • £

Nazir: Sosial müdafiə xərcləri 2026-cı ildə 9,1% artırılacaq

Nazir: Sosial müdafiə xərcləri 2026-cı ildə 9,1% artırılacaq
20.11.2025 15:26

2026-cı ilin dövlət büdcəsində sosial yönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.  Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

Nazirin sözlərinə görə, sosial müavinət, təqaüd və kompensasiyalar üçün gələn il 2 milyard 144 milyon manat ayrılacaq — bu, əvvəlki illə müqayisədə 178,5 milyon manat və ya 9,1% artım deməkdir.

Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) proqramı üzrə 465 milyon manat vəsait nəzərdə tutulub.

Haqqı ödənilən ictimai işlərin təşkili üçün 141,7 milyon manat ayrılacaq.

Əliyev əlavə edib ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına reabilitasiya vasitələrinin alınması üçün 31,7 milyon manat ayrılması planlaşdırılır.

Dövlət Sosial Müdafiə Fondunun investisiya gəlirləri və icbari sığorta vəsaiti hesabına şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün 50 milyon manatlıq büdcə formalaşdırılıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda tozlu hava müşahidə olunur
Cəmiyyət 11:18
Bakıda tozlu hava müşahidə olunur

FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
Cəmiyyət 11:12
FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Cəmiyyət 11:07
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
“Formula-1”lə əlaqədar bulvarın bəzi hissəsinə giriş məhdudlaşdırılır
Cəmiyyət 10:53
“Formula-1”lə əlaqədar bulvarın bəzi hissəsinə giriş məhdudlaşdırılır
Corat çimərliyində “Kalaşnikov” avtomatı tapılıb
Cəmiyyət 10:46
Corat çimərliyində “Kalaşnikov” avtomatı tapılıb
Bilgəhdə dənizdə batan iki gəncin meyiti tapılıb
Cəmiyyət 10:37
Bilgəhdə dənizdə batan iki gəncin meyiti tapılıb
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Cəmiyyət 09:02
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol