Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş verib. Partlayış yanğınla müşayiət olunmayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və zəruri təhlükəsizlik tədbirləri görülüb.
Partlayış nəticəsində evə ziyan dəyib. Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Daha çox