• $
  • £

Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb

Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb
22.11.2025 17:35

21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.

Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.

“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.

Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol