• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Azərbaycanda sosial media platformalarının ofisləri açılmalıdır/Video

Zahid Oruc: Azərbaycanda sosial media platformalarının ofisləri açılmalıdır/Video
02.12.2025 12:19

Deputat Zahid Oruc sosial media platformalarında yayılan dezinformasiya ilə bağlı hökumətin mövqeyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu barədə deputat dekabrın 2-də Milli Məclisin iclasında çıxışı zamanı deyib. 

Orucun sözlərinə görə, “Made in Azerbaijan”, “Azad Söz” və digər onlayn kanallar da daxil olmaqla, müxtəlif qurum və şəxslər xarici platformalarda ölkə haqqında əsassız məlumatlar yayır.

Deputat bildirib ki, o, Avropa ölkələrinin bu sahədə təcrübəsini araşdırıb və həmin ölkələrdə sosial media şirkətlərinin hökumət qurumları ilə birbaşa əməkdaşlıq apardığını qeyd edib.

“Onları hökumət binalarına dəvət edir, ofislərinin fəaliyyət göstərməsini təmin edirlər. Biz də bu yanaşmanı tətbiq edə bilərdik,” – Oruc deyib.

O əlavə edib ki, sosial media şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəliklərinin açılması hökumət üçün prioritet məsələlərdən biri olmalıdır.

Deputat bildirib ki, sosial media platformaları müəyyən şəxslər tərəfindən yönləndirilir və yanlış məlumatların qarşısının alınması üçün institusional yanaşma tələb olunur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol