Türkiyə Prezident Administrasiyası Azərbaycanda bayrağın endirilməsi ilə bağlı iddiaları təkzib edib
Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd edildiyi barədə yayılan məlumatlar dezinformasiya xarakterlidir.Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, yayılan görüntülər köhnədir və həmin vaxt bayrağa qarşı təxribata ilk və ən sərt reaksiyanı azərbaycanlılar veriblər. Mərkəz Türkiyə bayrağının endirilməsi ilə bağlı hər hansı hadisənin baş vermədiyini vurğulayıb.
Açıqlamada köhnə görüntülərin kontekstdən çıxarılaraq yeni hadisə kimi təqdim edilməsinin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərini hədəf aldığı qeyd olunub və ictimaiyyət bu cür manipulyasiyalara qarşı diqqətli olmağa çağırılıb.