• $
  • £

Azərbaycan və Ermənistan rəsmiləri Dohada birgə müsahibə verib

Azərbaycan və Ermənistan rəsmiləri Dohada birgə müsahibə verib
10.12.2025 00:27

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha şəhərində ilk dəfə birgə müsahibə veriblər. Onlar 2020-ci ildən bəri davam edən sülh prosesindən və onun gələcək istiqamətlərindən danışıb.

Hacıyev və Qriqoryana görə, dialoq kanalları 2020-ci ildə, Avropa İttifaqının dəstəyi ilə formalaşıb. Prosesin kulminasiyası, ABŞ-ın vasitəçiliyi ilə, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda paraflanan sülh sazişi olub.

Hacıyev bildirib ki, Brüsseldə aparılan danışıqlar prosesə yeni təkan verib.“Brüsseldə imkan yaradıldı və liderlər sülhə doğru irəliləmək qərarına gəldilər”, — o deyib.

Qriqoryan isə vurğulayıb ki, indiki əsas məqsəd regionda davamlı sabitlik və etimad quruculuğudur. “Bütün münaqişələrdə tərəflər bir-birinə etimad etmir. Bu, uzun və çətin prosesdir, amma addım-addım irəliləyişlər var. Bu dəfə müsbət mənada divara daha bir kərpic əlavə edirik — etimad divarını qururuq.”

Müsahibədə eyni zamanda ABŞ-də təqdim edilmiş “TRIPP (Trump Route for International Peace and Prosperity)” layihəsi də müzakirə olunub. Hacıyev layihənin regionun nəqliyyat xəritəsini kökündən dəyişərək yeni tranzit mərkəzinə çevirəcəyini söyləyib. Qriqoryan isə regional iqtisadi layihələrin həyata keçirilməsinin qarşılıqlı maraqları gücləndirəcəyini və sülhə töhfə verəcəyini bildirib.

Rəsmi şəxslər yekunda deyiblər ki, müharibə artıq keçmişdə qalıb, sülh gələcək nəsillər üçün əbədi olmalıdır və indi hər iki ölkə birlikdə gələcəyə baxmalıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol