• $
  • £

TÜİB: Qarabağda 10 min nəfərlik məşğulluq layihəsi planlaşdırılır

TÜİB: Qarabağda 10 min nəfərlik məşğulluq layihəsi planlaşdırılır
10.12.2025 11:55

Qarabağda 10 minə yaxın vətəndaşın məşğulluğunu nəzərdə tutan investisiya layihələri müzakirə olunur. Bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyn Büyükfırat jurnalistlərə açıqlamasında bildirib.

"Qarabağda genişmiqyaslı investisiya layihələri ilə bağlı danışıqlar davam edir. Hazırda bölgəyə qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə yönəlmiş və 5–10 min nəfərin işlə təmin olunmasını nəzərdə tutan layihələr üzərində iş aparılır. Sözügedən layihələrlə bağlı rəsmi açıqlamanın qarşıdakı forumda veriləcək",- o bildirib.

TÜİB rəhbəri bildirib ki, regionda yeni yolların istismara verilməsi, Orta Dəhlizin aktivləşməsi və İpək Yolunun canlanması əraziyə əlavə iqtisadi üstünlüklər qazandırır. Bu çərçivədə Azərbaycanın investisiya mühiti Türkiyədə və digər ölkələrdə potensial investorlar üçün aktiv şəkildə tanıdılır.

"Türkiyədə bəzi sahələrdə bazarın daralması fonunda Azərbaycan, xüsusilə də Qarabağ bölgəsi tekstil və digər istehsal sektorları üçün yeni alternativ olaraq diqqət çəkir. Bu istiqamətdə Ticarət Müşavirliyi, Azpromo və aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq aparılır",- o vurğulayıb.
 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol