• $
  • £

Simonyan ümid edir ki, İstanbulda azərbaycanlı həmkarı ilə görüşəcək

Simonyan ümid edir ki, İstanbulda azərbaycanlı həmkarı ilə görüşəcək
10.12.2025 15:14

İrəvan Azərbaycan parlament nümayəndə heyəti ilə gələcək geniş formatlı təmasları istisna etmir. Bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib. 

O vurğulayıb ki, hazırda rəsmi gündəmdə konkret razılaşdırılmış görüş olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın (PİU) növbəti konfransı çərçivəsində belə bir görüşün baş tuta biləcəyi ehtimalı yüksəkdir.

Simonyan Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ermənistan və Azərbaycan parlamentariləri arasında dialoqun bərpası üçün bütün beynəlxalq platformalardan istifadə etmək niyyətindədirlər.

“Azərbaycanlı həmkarım bu təmasların məntiqini müsbət qiymətləndirir. Hələlik konkret danışıqlar aparılmayıb, lakin İstanbulda görüş ehtimalı var”, – o bildirib.

 Simonyan qeyd edib ki, tərəflərin mövqeləri gələcək görüşlər zamanı daha ətraflı müzakirə ediləcək.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol