• $
  • £

ABŞ Konqresində 907-ci düzəlişin tam ləğvinə dair ilk qanun layihəsi təqdim edilib

ABŞ Konqresində 907-ci düzəlişin tam ləğvinə dair ilk qanun layihəsi təqdim edilib
10.12.2025 18:38

ABŞ-da Respublikaçılar Partiyasının konqresvumenı Paulina Luna 9 dekabrda “Azadlığı Dəstəkləmə Aktı”na edilən 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Sənəd elə həmin gün Palatanın Xarici Əlaqələr Komitəsinə göndərilib.

907-ci düzəlişin dəyişdirilməsi ilə bağlı Konqresdə əvvəllər də təşəbbüslər olub, lakin onlar prezidentə düzəlişin tətbiqini müvəqqəti dayandırmaq imkanı verirdi. Bu dəfə təqdim edilən layihə isə fərqlidir — o, düzəlişin tam və geri dönməz şəkildə ləğvini nəzərdə tutur.

1992-ci il 24 oktyabr tarixli ABŞ-ın “Azadlığı Dəstəkləmə Aktı”nın 907-ci maddəsi ABŞ-ın Azərbaycanı hərbi və maliyyə yardımı ilə dəstəkləməsini qadağan edirdi. Maddə erməni lobbisinin təzyiqi ilə qəbul edilmişdi.

2001-ci ildə Konqres prezidentə bu qadağanı illik əsasda dayandırmaq səlahiyyəti verən qərarı təsdiqləmişdi və ABŞ prezidentləri uzun illər bu imkandan istifadə ediblər. Lakin 2023-cü ildə prezident Co Bayden Azərbaycan tərəfindən Qarabağda keçirilən 23 saatlıq antiterror tədbirlərindən sonra dayandırma qərarını uzatmayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol