• $
  • £

Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib

Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
11.12.2025 12:29

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edərək, ölkənin daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədova qardaş Türkmənistana uğurlar arzulayıb və Azərbaycan nümayəndə heyətinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını vurğulayıb. 

Zəng zamanı Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunaraq, Azərbaycan nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Həmçinin Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlıq göstəricisi olduğunu vurğulayıb.

Qurbanqulu Berdiməhəmmədov telefon zənginə görə minnətdarlığını bildirərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad etdiyini qeyd edib. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakını dəstəklədiyini və Heydər Əliyev Fondunun səfərini yüksək qiymətləndirdiyini bildirib.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol