• $
  • £

Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir
12.12.2025 12:16

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən qısa müddətdə imzalanacağına ümid edir.

Tokayev bu barədə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli 2025” forumunda çıxışı zamanı danışıb.

O, avqustda iki ölkə arasında bəyannamənin imzalanmasını tarixi əhəmiyyət daşıyan hadisə adlandırıb və bunun Cənubi Qafqazda, həmçinin regiondan kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açdığını vurğulayıb.

“Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və regionda, həmçinin onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Biz Cənubi Qafqazda sabitliyi təmin edən hərtərəfli sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik”, – Tokayev deyib.

O əlavə edib ki, Qazaxıstan həmçinin Yaxın Şərqdə sülh sazişlərinin imzalanmasını alqışlayır və respublikanın İbrahim Sazişlərinə qoşulmaq qərarının regionda sülhün sabitləşdirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümid edir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol