• $
  • £

Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
13.12.2025 12:28

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində “Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, “Orta Dəhliz” və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan “TVP World” və “Polşa Xəbərlər Agentliyi” kimi nüfuzlu media orqanlarına müsahibələr verib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Siyasət 21:54
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib
Siyasət 20:06
Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib
Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
Siyasət 17:12
Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Siyasət 16:45
Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Siyasət 16:23
Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Siyasət 15:52
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Siyasət 15:07
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Siyasət 14:52
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Siyasət 14:14
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol