• $
  • £

İran TRIPP layihəsinə qarşı çıxıb, təhlükəsizlik risklərindən danışıb

İran TRIPP layihəsinə qarşı çıxıb, təhlükəsizlik risklərindən danışıb
16.12.2025 09:32

“Tramp marşrutu” (TRIPP) təşəbbüsü mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsini təkrarlayır və Tehran buna “qəti şəkildə” qarşıdır. IRNAnın verdiyi xəbərə görə, bunu İranın ali dini liderinin müşaviri Əli Əkbər Vəlayəti bildirib. xəbər verir.

Vəlayəti Ermənistanın İrandakı səfiri Qriqor Akopyanla görüşdə deyib ki, İran “dəhliz” ideyasına əvvəldən etiraz edib, çünki regionda sərhədlərin dəyişdirilməsi ehtimalını qəbul etmir və bunu öz təhlükəsizliyi üçün risk sayır.

Onun sözlərinə görə, layihənin reallaşması NATO-nun İrandan şimalda mövcudluğuna yol aça bilər və bu, “İranın şimalı və Rusiyanın cənubu üçün ciddi təhlükə” yaradar.

Vəlayəti həmçinin bildirib ki, ABŞ “həssas regionlara” iqtisadi təşəbbüslər adı altında daxil olma təcrübəsinə malikdir və bu təşəbbüslər sonradan tədricən hərbi və təhlükəsizlik xarakterli iştiraka çevrilə bilir.

Görüşdə səfir Akopyan Azərbaycanla sülh prosesi barədə məlumat verib.

IRNA-nın məlumatına görə, Vəlayəti regionda sabitliyin möhkəmlənməsinə yönələn səyləri müsbət qiymətləndirib.

Regional nəqliyyat-kommunikasiya xətlərinin açılması mövzusuna toxunan Akopyan bildirib ki, TRIPP Ermənistanın mövqeyinə görə ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında icra olunmalıdır və bu, regionun iqtisadi inkişafı üçün imkanlar yarada bilər.

Səfir əlavə edib ki, İrəvan Tehranın mövqeyini yüksək qiymətləndirir və bu məsələnin İran üçün siyasi və təhlükəsizlik baxımından həssaslığını nəzərə alır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol