• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ən azı 46 ölkə elektron siqaretdən imtina edib

Dünyada ən azı 46 ölkə elektron siqaretdən imtina edib
16.12.2025 15:53

Dünyada azı 46 ölkə elektron siqaretləri qadağan edib. Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. 

Onun sözlərinə görə, bəzi dövlətlər bu məhsulları tamamilə yasaqlayıb, digərləri isə yaş məhdudiyyəti tətbiq edib.

İsgəndərov qeyd edib ki, elektron siqaretlərin qadağan edilməsi Avropada nisbətən az, Latın Amerikası ölkələrində isə daha geniş yayılıb. O, bunu həmin regionlarda elektron siqaretlərdən zəhərlənmə və ölüm hallarının statistik olaraq daha çox qeydə alınması ilə əlaqələndirib.

Deputat Azər Badamov isə bildirib ki, Qazaxıstan və Qırğızıstanda elektron siqaretlərlə bağlı artıq məhdudiyyətlər tətbiq olunur. Onun sözlərinə görə, pis vərdişlərə qarşı vaxtında müdaxilə vacibdir, çünki elektron siqaretə alışan şəxslər sonradan digər zərərli vərdişlərə də meyil göstərə bilirlər.

Badamov vurğulayıb ki, maarifləndirmə tədbirləri genişləndirilməli, xüsusilə məktəblərdə və müxtəlif kollektivlərdə elektron siqaretlərə qarşı təbliğat işi aparılmalıdır. Deputatın fikrincə, profilaktik tədbirlər gənclərin sağlamlığının qorunmasında əsas rol oynaya bilər.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol