• $
  • €
  • ₽
  • ₺
  • £

Böyüklərlə müqayisədə yeniyetmələr 9 dəfə çox elektron siqaretdən istifadə edir - AQTA

Böyüklərlə müqayisədə yeniyetmələr 9 dəfə çox elektron siqaretdən istifadə edir - AQTA
16.12.2025 15:58

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərin yayılması ilə bağlı 2025-ci ildə ilk dəfə ciddi həyəcan siqnalı verib. Bunu Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova bildirib.

Sadıxovanın sözlərinə görə, son illər dünyada klassik tütün məhsullarından istifadə təxminən 30% azalıb, lakin bu azalma elektron siqaretlərə marağın kəskin artması ilə əvəzlənib. Hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir.

Rəsmi məlumatlara əsasən, istifadəçilərin təxminən 15 milyonu 14–18 yaş arası yeniyetmələrdir. Statistik göstəricilər yeniyetmələrin elektron siqaretdən böyüklərlə müqayisədə 9 dəfə daha çox istifadə etdiyini göstərir.

Sadıxova qeyd edib ki, üzərində cizgi film personajları olan və meyvə dadlı elektron siqaretlər gənclər üçün xüsusi olaraq cəlbedici formada təqdim edilir, bu da onların istifadəyə marağını artırır. Risklərin əvvəlcədən proqnozlaşdırıldığını deyən şöbə müdiri vurğulayıb ki, bir sıra beynəlxalq bloqerlər tərəfindən bu məhsulların təşviqi aparılır, halbuki elektron siqaretlərin uzunmüddətli sağlamlıq riskləri hələ də tam araşdırılmayıb.

Onun sözlərinə görə, elektron siqaretlərin tərkibində nikotinin miqdarı çox vaxt adi tütün məmulatlarından daha yüksək olur. Bu tendensiya fonunda son 6 ay ərzində 11 ölkə elektron siqaretlərdən imtina edib və ya ciddi məhdudiyyətlər tətbiq edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol