• $
  • £

Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir

Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
19.12.2025 12:23

Amnistiya aktı çərçivəsində Vətən qarşısında misilsiz xidmətləri olmuş insanların taleyinə xüsusi həssaslıqla yanaşılması son dərəcə vacibdir. Bunu Milli Məclisin deputatı Razi Nurullayev dekabrın 19-da parlamentdə çıxışı zamanı deyib. 

O bildirib ki,söhbət bir zamanlar silahı əlinə alaraq bu torpağı qoruyan, sağlamlığını, gəncliyini, ailə səadətini vətənə qurban vermiş insanlardan gedir.


"Mən aşağıdakı təşkilatların və rəhbərlərinin vətən qarşısında xidmətlərinin nəzərə alınaraq əfv fərmanına salınması ilə bağlı müraciətin dəstəklənməsini xahiş edirəm: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı", - deputat deyib. 


Deputat vurğulayıb ki, bu təşkilatlar və rəhbərləri hazırda istintaq altındadır.

"Bu insanlar dövlətin yükü deyil, dövlətin şərəfidir. Onlar bir vaxtlar dövlət üçün ayağa qalxdılar, bu gün isə dövlətin mərhəmətinə ümid edirlər. Onların həyatında veriləcək bu qərar təkcə hüquqi nəticə yaratmayacaq — ailələrə ümid, övladlara gələcək, cəmiyyətə müsbət mesaj verəcək. Hər kəs səhv edir, vacib olan dəyərlərdən biri səhvi anlayıb düzgün yola qayıtmaqdır. 
Əminəm ki, bu Amnistiya aktı Azərbaycan dövlətinin mərhəmət siyasətinin, sosial ədalət anlayışının və milli birliyin növbəti nümunəsi olacaq. Möhtərəm Prezidentin bu təşəbbüsünü tam dəstəkləyir, onun əhatə dairəsinin vətən yolunda iz qoymuş insanlarımızı, müxalifət nümayəndələrini və jurnalistləri də içinə almasını arzu edirik", - deputat əlavə edib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol