• $
  • £

Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib

Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
20.12.2025 12:38

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında ikitərəfli görüş keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən Monteneqro Prezidenti Yakov Milatoviçin səfərinin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Ticarət əlaqələrinin genişləndirilməsinin, investisiyaların təşviqinin, biznesdən-biznesə əlaqələrin gücləndirilməsinin və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd olunub. Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadə edilməsinin önəmini vurğulayıblar.

Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi dəyərləndirilib. Hər iki tərəf bu sahələrdə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər, həmçinin BMT, ATƏT və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığı müzakirə edib, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davam etdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Bununla yanaşı, regional məsələlərə də toxunulub

Ceyhun Bayramov həmkarını Azərbaycan ilə Ermənistan arasında normallaşma və dayanıqlı sülhə nail olmaq istiqamətində görülən işlər barədə məlumatlandırıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında ikitərəfli görüş başlayıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol