• $
  • £

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
25.12.2025 20:47

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 25-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son sözünü davam etdirib.

Təqsirləndirilən şəxs çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və deyib: “Mənə qarşı irəli sürülmüş ittihamların heç birində özümü günahkar hesab etmirəm”.

O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək, məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib.

L.Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şərait yaratdığına görə məhkəməyə təşəkkür edib.

Sonda o, üç gün ərzində etdiyi çıxışı – 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışı edib.

A.Qukasyan vəkillərinə prinsipiallıq göstərdiklərinə və onu doğru şəkildə müdafiə etdiklərinə görə təşəkkür edib və deyib: “Xüsusilə də həqiqəti üzə çıxarmaq üçün işə düzgün yanaşdıqlarına, həmçinin insani münasibətlərinə görə təşəkkür edirəm”.

O, ittiham tərəfinin dəlilləri ilə razılaşmadığını bildirib və özünün əks arqumentlərini səsləndirib.

Təqsirləndirilən şəxs ittiham tərəfinin onun “Sovet Qarabağ”ı qəzetində çalışmasını cinayət kimi təqdim etdiyini və bununla razılaşmadığını söyləyib. O, qəzetin 4 nəfər redaktor müavinindən biri olduğunu, qəzetin rus dilinə tərcüməsi üzrə müavin vəzifəsində çalışdığını deyib. Əlavə edib ki, həmin vaxt tabeliyində 16 nəfər işçi olub. Təqsirləndirilən şəxs qəzetin fəaliyyətini cinayət hesab etmədiyini bildirib.

O, “böyük siyasət”dən 2007-ci ildə getdiyini və bir daha qayıtmadığını deyib.

A.Qukasyan ona qarşı irəli sürülmüş ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini söyləyib.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyan son söz çıxışı edib. B.Sahakyan çıxışında müdafiəçilərinin hər ikisinə təşəkkür edib: “Professionallığına və insani münasibətinə görə onlara minnətdaram. Hər iki vəkilin bu ittiham aktına olan münasibətini vəkillik və hüquqi cəhətdən çox yüksək keyfiyyətdə qiymətləndirmək olar”.

O, çıxışında ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib. İttiham tərəfinin onları cinayətkar birlik kimi təqdim etməsinə isə belə münasibət bildirib: “Cinayətkar təşkilat olmayıb, ola da bilməzdi”.

Təqsirləndirilən şəxs Şuşanın işğalında iştirakından da danışıb: “Məhkəmə istintaqı başlayanda vəkilimə demişdim ki, bəli, Şuşada iştirakımla bağlı (Şuşanın işğal olunmasında iştirakını nəzərdə tutur – red.) epizod var və mən bunu məhkəmədə gizlədə bilmərəm”.

Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Cəmiyyət 00:27
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:49
Bu ərazilərdə qaz olmayacaq
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Cəmiyyət 21:28
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Yasamal rayonunda yanğın qeydə alınıb
Cəmiyyət 19:43
Yasamal rayonunda yanğın qeydə alınıb
Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır - DTX
Cəmiyyət 19:19
Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır - DTX
Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb
Cəmiyyət 18:08
Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb
İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi lisenziyaların sayı 20 mini keçib
Cəmiyyət 17:53
İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi lisenziyaların sayı 20 mini keçib
Qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib
Cəmiyyət 17:35
Qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Cəmiyyət 17:21
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol