Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakıda metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilib.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, zolaqların təşkili müntəzəm və ekspres marşrut avtobuslarının daha rahat və maneəsiz hərəkətinə imkan verəcək.
Hazırda sözügedən küçələrdə nişanlanma xətlərinin çəkilməsi davam edir. Müvafiq yol nişanları quraşdırıldıqdan sonra zolaqlar qüvvəyə minəcək.