• $
  • £

Cari ildə müxtəlif peşə ixtisasları üzrə TKTA-ya müraciət edənlərin sayı açıqlanıb

Cari ildə müxtəlif peşə ixtisasları üzrə TKTA-ya müraciət edənlərin sayı açıqlanıb
26.12.2025 11:41

2025-ci ildə müxtəlif peşə ixtisasları üzrə Təhsildə Keyfiyyət Təminat Agentliyə ümumilikdə 368 müraciət daxil olub. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

O bildirib ki, müraciət edənlərdən 327 nəfər nəzəri və praktiki imtahanlara cəlb edilib.

"Qiymətləndirmə nəticəsində  207 nəfər uğur qazanaraq müvafiq peşə sənədi əldə edib., QFİTT üzrə qiymətləndirmə və tanınma prosesi müxtəlif qurumlarla əməkdaşlıq və layihələr çərçivəsində, eləcə də TKTА-nın və şəxsi maliyyə vəsaitləri hesabına həyata keçirilib. Belə ki, “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə icra olunan “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər imtahanlara cəlb olunub. Onlardan 76 nəfər müvafiq peşə sənədi alıb",o bildirib.

 Sədr vurğulayıb ki, TKTА-nın maliyyə vəsaiti hesabına imtahanlara cəlb edilən 21 nəfərdən 6-sı, şəxsi vəsaiti hesabına müraciət edən 41 nəfərdən isə 30-u uğur qazanaraq sənədlə təmin olunub.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair 2024–2026-cı illəri əhatə edən Tədbirlər Planı çərçivəsində 141 nəfərin bilik və bacarıqları qiymətləndirilib. İmtahanlarda iştirak edən 66 nəfər uğurlu nəticə əldə edərək peşə sənədi alıb",- Əhmədov bildirib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib
Cəmiyyət 18:32
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Cəmiyyət 17:28
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2025-ci ildə 28% azalıb
Cəmiyyət 17:02
Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2025-ci ildə 28% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol