• $
  • £

Kiberpolis qanunsuz onlayn kazinolara zərbə vurdu: iki nəfər saxlanıldı

Kiberpolis qanunsuz onlayn kazinolara zərbə vurdu: iki nəfər saxlanıldı
16.01.2026 17:57

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino şəbəkələri quran şəxslərə qarşı əməliyyatları sərtləşdirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən növbəti əməliyyat zamanı 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıb.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər xaricdən idarə olunan qeyri-qanuni qumar saytları ilə birbaşa cinayət əlaqəsinə girərək virtual kassalar yaradıb, “Tokio”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adları altında saxta profillər vasitəsilə vətəndaşları pul müqabilində qumara cəlb ediblər.

Axtarışlar zamanı paytaxtın müxtəlif ünvanlarında yerləşən mənzillərdən elektron sübutlar, eləcə də qanunsuz maliyyə dövriyyəsində istifadə edilən bank kartları və mobil nömrələr götürülüb. Araşdırma göstərib ki, kartlar ayrı-ayrı şəxslərdən ödəniş qarşılığında toplanaraq qeyri-qanuni pul köçürmələrində istifadə olunub.

Faktla bağlı istintaq davam edir, şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər genişləndirilib.

DİN vətəndaşlara qanunsuz mərc və qumar oyunlarından uzaq durmaq barədə bir daha sərt xəbərdarlıq edib: bu fəaliyyətlər kiberdələduzluq riskləri, maliyyə itkiləri və cinayət məsuliyyəti ilə nəticələnir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabunçuda fərdi yaşayış evində yanğın olub
Cəmiyyət 09:28
Sabunçuda fərdi yaşayış evində yanğın olub
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol