• $
  • £

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 10 medal qazanıblar

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 10 medal qazanıblar
17.01.2026 20:21

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan 10–14 yanvar tarixlərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 10 medal qazanıb.Bu barədə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, fizika fənni üzrə Bakı şəhəri Texniki-Humanitar Liseyinin XI sinif şagirdi Məhəmməd Cəfərli, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Bakı Türk Liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məmmədli isə bürünc medala layiq görülüblər.

Riyaziyyat fənni üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri 287 nömrəli "Zəkalar" Liseyinin X sinif şagirdi Fərhad İskəndər bürünc medal qazanıblar.

İnformatika fənni üzrə Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov gümüş medala, 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev və Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Fateh Əhmədzadə bürünc medala layiq görülüblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabunçuda fərdi yaşayış evində yanğın olub
Cəmiyyət 09:28
Sabunçuda fərdi yaşayış evində yanğın olub
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol