• $
  • £

Sabah Bakıda hava yağıntılı olacaq, bölgələrə qar yağacaq

Sabah Bakıda hava yağıntılı olacaq, bölgələrə qar yağacaq
18.01.2026 12:30

Yanvarın 19-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Yanvarın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabunçuda fərdi yaşayış evində yanğın olub
Cəmiyyət 09:28
Sabunçuda fərdi yaşayış evində yanğın olub
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol