• $
  • £

Geomaqnit qasırğası müşahidə olunur

Geomaqnit qasırğası müşahidə olunur
20.01.2026 13:12

Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına 20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal olunur.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.

Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18 yanvar tarixində Günəşdən ayrılan tac kütlə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.

Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol