• $
  • £

Alimin 70 yaşında aldığı ordeni uğurlu idmançı 20 yaşında ala bilər - Deputat

Alimin 70 yaşında aldığı ordeni uğurlu idmançı 20 yaşında ala bilər - Deputat
22.01.2026 11:14

Milli Məclisin deputatı Eyvaz Qurbanov Azərbaycanda uşaq idmanında boşluqların mövcud olduğunu bildirib və bu sahəyə diqqətin artırılmasına çağırıb.

Deputatın sözlərinə görə, hazırda bəzi hallarda xarici idmançıların cəlbinə milyonlarla vəsait xərclənir, lakin bu idmançılar müəyyən müddətdən sonra ölkəni tərk edirlər.

Qurbanov hesab edir ki, həmin vəsaitlər yerli uşaqların və gənclərin inkişafına yönəldilsə, daha davamlı və effektiv nəticələr əldə oluna bilər.

“Biz idman ölkəsiyik. Əgər bu pulları öz uşaqlarımıza xərcləsək, nəticələr daha yaxşı olar”, –  deputat vurğulayıb.

Eyvaz Qurbanov əlavə edib ki, düzgün və məqsədli təbliğat aparılmalıdır. Xüsusilə təhsildə uğrlu olmayan uşaqların idmana cəlb edilməsi vacibdir.

Onun fikrincə, gənclərə idmanın verdiyi imkanlar aydın şəkildə izah edilməlidir.


“Uğurlu idmançı 20 yaşında Şöhrət ordeni ala bilər. Alim isə bu mükafata bəzən yalnız 70 yaşında çatır, çünki onun işi illərlə davam edən araşdırmalardır”, - o bildirib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol