• $
  • £

Deputat: 3–5 min manatlıq subsidiya kəndliyə real fayda vermir

Deputat: 3–5 min manatlıq subsidiya kəndliyə real fayda vermir
22.01.2026 16:40

Kəndlilərə verilən 3–5 min manatlıq subsidiyalar real gəlir yaratmır və təsərrüfatların inkişafına töhfə vermir. Bu fikirləri deputat Cavanşir Paşazadə aqrar siyasət komitəsinin iclasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, mövcud subsidiya mexanizmi kəndlilər üçün davamlı qazanc və bazara çıxış imkanı formalaşdırmır.

Deputat bildirib ki, kənd təsərrüfatı məhsullarının satışı üçün effektiv qiymət mexanizmi mövcud deyil, bu isə fermerlərin zərərə düşməsinə səbəb olur.

“Subsidiya verilir, amma gəlir üçün şərait yaradılmır. Məhsul istehsal olunur, lakin onu sərfəli qiymətə satmaq mümkün deyil. Bu vəziyyət kəndlilər üçün ziyanla nəticələnir”, – Paşazadə qeyd edib.

Deputat alternativ yanaşma kimi kənd təsərrüfatı ərazilərinin mərhələli şəkildə inkişaf etdirilməsini təklif edib. Onun fikrincə, əgər kənd təsərrüfatına yararlı torpaqlar hissə-hissə seçilərək, məsələn, bir bölgəyə təxminən 5 milyard manat vəsait yönəldilsə və həmin bölgəyə 3–4 il vaxt verilsə, nəticələr daha müsbət ola bilər.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol