• $
  • £

AZAL “Accelya” ilə əməkdaşlığa başlayır


AZAL “Accelya” ilə əməkdaşlığa başlayır
22.01.2026 17:39

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) beynəlxalq İT şirkəti “Accelya” ilə NDC (“New Distribution Capability”) standartına əsaslanan “FLX Select” həllinin tətbiqinə dair müqavilə imzalayıb.

Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Bu razılaşma AZAL-ın pərakəndə satış modelinin modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin, xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn platformalar üzərindən transformasiyasına yönəlib.

“FLX Select” həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.

“FLX Select” eyni zamanda qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.

“FLX Select” həlli “Accelya” şirkətinin “FLX ONE” platformasının tərkib hissəsidir və “Amazon Web Services” (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, “Accelya”nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol