• $
  • £

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
26.01.2026 14:35

2025-ci ildə Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” 4000-ə yaxın qadına dəstək göstərib

Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə xidmətə 1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-ə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.

Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.

Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub.

Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə üzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.

Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı “Oflayn qadınlar” sosial layihəsi də həyata keçirilib. Azercell 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.

Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır.

Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.

2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində “Qadınlara Dəstək Xətti” broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib. 

Qeyd edək ki, Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib. 

“Qadın Dəstək Xətti” Azercell və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol