• $
  • €
  • ₽
  • ₺
  • £

SpikerSaqr Qobaş ilə Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

SpikerSaqr Qobaş ilə Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
27.01.2026 15:50

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Saqr Qobaş bu səfərə və Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirakına görə Milli Məclis sədrinə təşəkkür edib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunaraq, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.

Vurğulanıb ki, ölkələrimizin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında, habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.

Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyünü xatırladaraq, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb. Spiker Sahibə Qafarova ötən il özünün Birləşmiş Ərəb Əmirliklərinə, Saqr Qobaşın isə Azərbaycana rəsmi səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin, parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.

Saqr Qobaş da öz növbəsində Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin əlaqələrimizə müsbət töhfələrini vurğulayıb.

Spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasının uğurla təşkil olunduğunu qeyd edərək, bu kimi beynəlxalq tədbirlərin bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol