• $
  • £

Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb

Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb
29.01.2026 14:28

Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çirk gəldiyini görsəm, əlillik verəcəyəm - Vətəndaş həkimdən şikayətləndi
Cəmiyyət 12:35
Çirk gəldiyini görsəm, əlillik verəcəyəm - Vətəndaş həkimdən şikayətləndi
Sabah Astarada qaz olmayacaq
Cəmiyyət 12:17
Sabah Astarada qaz olmayacaq
Azərbaycan və İndoneziya iqtisadi forum keçirməyi müzakirə edib
Cəmiyyət 12:11
Azərbaycan və İndoneziya iqtisadi forum keçirməyi müzakirə edib
Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Cəmiyyət 11:47
Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Cəmiyyət 11:30
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Səhiyyə Nazirliyi lisenziyasız kosmetoloqla bağlı Baş Prokurorluğa müraciət edib
Cəmiyyət 11:24
Səhiyyə Nazirliyi lisenziyasız kosmetoloqla bağlı Baş Prokurorluğa müraciət edib
Dövlət qurumları 7 ayda 28 yeni domen və 249 subdomen alıb
Cəmiyyət 11:03
Dövlət qurumları 7 ayda 28 yeni domen və 249 subdomen alıb
Bilgəhdə 35-40 yaşlarında kişi dənizdə bataraq ölüb
Cəmiyyət 10:52
Bilgəhdə 35-40 yaşlarında kişi dənizdə bataraq ölüb
AYNA: Bakıda mikromobillik vasitələri 7 milyon dəfəyə yaxın sifariş olunub
Cəmiyyət 10:42
AYNA: Bakıda mikromobillik vasitələri 7 milyon dəfəyə yaxın sifariş olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol