• $
  • £

Yanvarıda havanın temperaturu iqlim normasından yuxarı olub

Yanvarıda havanın temperaturu iqlim normasından yuxarı olub
02.02.2026 11:08

 

2026-cı ilin yanvarda ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yuxarıdır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, yanvar ayında normadan maksimal fərq yanvarın 12-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti , bölgələrdə isə (Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə şaxta (Bakı, Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb.

“Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb, bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla Lənkəran–Astara zonasına (128.2–206.4 mm) və aylıq normanın 205 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48.1 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116 sm təşkil edib”, – N.Mahmudov qeyd edib.

O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol