• $
  • £

Kamran Əliyevdən yeni təyinatlar

Kamran Əliyevdən yeni təyinatlar
02.02.2026 14:55

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə prokurorluq orqanlarında bir sıra kadr təyinatları həyata keçirilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib. Baş prokurorun digər əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə gətirilib.

Eyni zamanda, Kamran Əliyevin digər əmri ilə Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub.

Prokurorluqdan bildirilib ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Qeyd olunur ki, bu kadr dəyişiklikləri prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili və idarəetmənin gücləndirilməsi məqsədi daşıyır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol