• $
  • £

Azərbaycan və Səudiyyə Ərəbistanı ali və peşə təhsili üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan və Səudiyyə Ərəbistanı ali və peşə təhsili üzrə əməkdaşlığı genişləndirir
03.02.2026 10:19

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Səfər çərçivəsində Emin Əmrullayev və Yusif bin Abdullah əl-Binyan arasında keçirilən görüşdə ali təhsil və peşə təhsili sahələrində mövcud əməkdaşlıq, eləcə də yaxın dövrdə reallaşdırılması planlaşdırılan birgə təşəbbüslər müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsi, birgə proqramlar və təhsil idarəçiliyi üzrə təcrübə paylaşımının genişləndirilməsi imkanlarını dəyərləndiriblər.

Nümayəndə heyəti həmçinin Kral Səud Universitetini ziyarət edib. Universitetin rektoru Ali Masmali ilə görüşdə Azərbaycanın ali təhsil müəssisələri ilə akademik və elmi əməkdaşlıq perspektivləri, o cümlədən birgə tədqiqatlar və proqramların yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinə də baxış keçirilib. Burada nümayəndə heyəti müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi ilə tanış olub. Emin Əmrullayev və qurumun prezidenti Munir Eldesouki arasında keçirilən görüşdə elm, innovasiya və texnologiya transferi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Rəsmi Bakı bu səfəri təhsil və innovasiya sahələrində regional tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol