• $
  • £

FHN fevralın 5-dək ölkədə kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN fevralın 5-dək ölkədə kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
03.02.2026 11:33

Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 5-dək ölkə ərazisində gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tövsiyə edib.

FHN-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, bu müddət ərzində ölkənin ayrı-ayrı bölgələrində güclü külək, intensiv yağıntılar, qar və temperaturun kəskin aşağı enməsi gözlənilir.

Nazirlik əhalini xəbərdar edib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrinin yaxınlığından uzaq durmaq, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmaq təhlükəlidir. Eyni zamanda, küləkli havada yanğınların söndürülməsində çətinliklər yarandığı üçün yanğın təhlükəsizliyi qaydalarına xüsusilə diqqət yetirilməlidir.

Soyuq hava şəraiti qaz və elektrik qızdırıcılarının istifadəsini artırdığı üçün, FHN əhalini yanğın və dəm qazı təhlükəsinə qarşı xəbərdar edib. Nazirlik nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməməyi, elektrik şəbəkəsini həddindən artıq yükləməməyi və işlək qızdırıcı cihazları nəzarətsiz qoymamağı tövsiyə edib.

Xüsusilə dağlıq ərazilərdə yaşayan vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər hərəkət etməməli, əgər hərəkət zərurəti yaranarsa, yaxınlarını istiqamət barədə məlumatlandırmalı, avtomobilin texniki göstəricilərini və yanacaq ehtiyatını yoxlamalıdırlar. Qar uçqunu riski olan ərazilərdən, dik yamaclardan uzaq durmaq və günəş batmamış evə qayıtmaq da tövsiyə olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol