• $
  • £

Vətəndaşlar ötən il ən çox kommunal xidmətlərlə bağlı şikayət edib - Statistika

Vətəndaşlar ötən il ən çox kommunal xidmətlərlə bağlı şikayət edib - Statistika
03.02.2026 15:40

2025-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) yanında fəaliyyət göstərən 916 Çağrı Mərkəzinə daxil olan müraciətlərin statistik təhlili göstərir ki, vətəndaşlar ən çox kommunal xidmətlər və sosial təminatla bağlı problemlər üzrə müraciət ediblər.

Ombudsmanın yaydığı məlumata görə, ötən il çağrı mərkəzinə kommunal problemlər üzrə 1 172, ünvanlı dövlət sosial yardımı ilə bağlı isə 1 171 müraciət daxil olub.

Qeyd olunan sahələr hüquq pozuntusu ehtimalı olan müraciətlər arasında ilk yerləri tutub.

Müraciətlərin əhəmiyyətli hissəsi həmçinin müayinə və müalicə (755), Dövlət Yol Polisi ilə bağlı məsələlər (712), qeyri-obyektiv təhqiqat və istintaq (702), eləcə də məhkəmə qərarlarının icra olunmaması (627) ilə bağlı olub.

Bundan başqa, əlilliyin müəyyən edilməsi (616), müraciətlərin qeydə alınmaması (602), aliment məsələləri (602), məşğulluq (599), təhsil məsələləri (563) və əmək mübahisələri (540) üzrə də çoxsaylı müraciətlər qeydə alınıb.


Statistikada qanunsuz saxlanma ehtimalı (476), baş çəkmə hüququnun pozulması (406), məhkəmə araşdırmaları (343), qəbulla bağlı məlumatın verilməməsi (340) və pis rəftar ehtimalı (326) kimi insan hüquqlarına dair risklər əksini tapıb.

Eyni zamanda, cinsi zorakılıq (13), məhkəmə qərarının verilməməsi (22), gömrük məsələləri (31) və uşaq zorakılığı (37) üzrə müraciətlərin sayının nisbətən az olduğu bildirilib.


Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol