• $
  • £

Ermənistan vətəndaşlarının işi üzrə proses fevralın 5-də davam etdiriləcək

Ermənistan vətəndaşlarının işi üzrə proses fevralın 5-də davam etdiriləcək
03.02.2026 16:34

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır əməllərdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları barəsində cinayət işi üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Bu barədə Bakı Hərbi Məhkəməsi məlumat yayıb. Məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb, dekabrın 26-da isə məhkəmə kollegiyası müşavirəyə gedib.

Təqsirləndirilən şəxslər arasında Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri yer alır. Onlar Ermənistan dövlətinin və onun qurumlarının bilavasitə rəhbərliyi, maddi-texniki və hərbi dəstəyi ilə Azərbaycana qarşı təcavüzkar müharibənin hazırlanması və aparılmasında iştirak etməkdə ittiham olunurlar.

İstintaq materiallarına görə, cinayət işi Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi – Robert Köçəryan, Serj Sarkisyan və digər yüksək vəzifəli şəxslərin rəhbərliyi və iştirakı ilə törədildiyi iddia olunan çoxsaylı cinayət faktlarını əhatə edir.

Ümumilikdə 15 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma və aparma, soyqırımı, əhalinin məhvi, deportasiya və məcburi köçürmə, işgəncə, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələr yaratma, qəsdən adam öldürmə və hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham olunur.

Rəsmi Bakı bildirib ki, proses beynəlxalq və milli hüquq normalarına uyğun şəkildə, açıq məhkəmə formatında aparılır və məqsəd Azərbaycan ərazisində törədildiyi iddia olunan ağır cinayətlərin hüquqi qiymətləndirilməsidir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol