• $
  • £

Ötən il ADSEA-nın Çağrı Mərkəzi tərəfindən 832 961 zəng cavablandırılıb

Ötən il ADSEA-nın Çağrı Mərkəzi tərəfindən 832 961 zəng cavablandırılıb
03.02.2026 18:33

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzi vətəndaşların şikayət və müraciətlərinin operativ şəkildə qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə sutka ərzində fasiləsiz fəaliyyət göstərir.Bu barədə ADSEA-dan bildirilib.

Agentliyin vahid sistemi üzrə fəaliyyət göstərən Çağrı Mərkəzi müraciətləri canlı rejimdə, səsli mesaj və geriyə zəng sifarişi vasitəsilə qəbul edir. Vaxt məhdudiyyəti və ya xətdə gözləmək imkanı olmadıqda vətəndaşlar “səsli mesaj” və ya “geriyə zəng sifarişi” xidmətlərini seçə bilirlər. Gün ərzində həmin vətəndaşlara geriyə zəng edilir. Müraciətlər dinlənilir, sorğu tipli müraciətlər birbaşa cavablandırılır, araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq “Müraciət vərəqəsi” tərtib edilir və aidiyyəti üzrə araşdırmaya göndərilir.

Bundan əlavə, digər platformalar (onlayn çat, sosial şəbəkələr, WhatsApp) vasitəsilə daxil olan sorğu tipli müraciətlər də operativ şəkildə cavablandırılır.

2025-ci il ərzində 955 Çağrı Mərkəzi tərəfindən 832 961 müraciət cavablandırılıb. Cavablandırılan zənglərdən 492 993-ü (55%) araşdırmaya ehtiyac olmadan birbaşa cavablandırılıb, 297 538 zəng (33%) əsasında iş əmri yaradılıb, 42 430 müraciət (5%) isə sorğu xarakterli olub.

İş əmri yaradılan 297 538 zəngin 238 870-i həllini tapıb (80%), 58 668-nə (20%) isə müvafiq izahat verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol