• $
  • £

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb
03.02.2026 21:11

Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı yeni tədris platformasını təqdim edib.

Fevralın 1-də baş tutan təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində müəllimlər, təhsil mütəxəssisləri və layihə komandasının üzvləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən TAİM-in direktoru İlkin Həsənov müəllim hazırlığında süni intellektin tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, rəqəmsal texnologiyalar təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının sürətləndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, TAİM uzun illərdir müəllimlərin peşəkar inkişafını dəstəkləyir və yeni platforma bu fəaliyyətin daha innovativ mərhələyə keçidini təmin edir.

Qeyd olunub ki, süni intellekt əsaslı platforma müəllimlərə fərdi öyrənmə tempinə uyğunlaşdırılmış, interaktiv və adaptiv tədris imkanları təqdim edir. Platformanın əsas üstünlüklərindən biri "Mr. Taim" adlı ağıllı çatbotdur. Bu sistem istifadəçilərin suallarını real vaxt rejimində cavablandırır, mövzuların mərhələli şəkildə mənimsənilməsinə kömək edir və müəllimlərin biliklərinin formativ qiymətləndirilməsini həyata keçirir.

İlkin Həsənovun təqdimatından sonra müəllimlərin sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

Tədbirdə çıxış edən "AZAITECH" şirkətinin həmtəsisçisi, İT üzrə mütəxəssis Üzeyir Süleymanov süni intellekt texnologiyalarının gündəlik həyatımıza təsirindən danışıb. O bildirib ki, müasir texnologiyalar təhsil, səhiyyə və iqtisadiyyat daxil olmaqla bir çox sahədə yeni imkanlar yaradır və bu texnologiyaların düzgün tətbiqi cəmiyyətin inkişafına mühüm töhfə verir.

Təqdimat zamanı TAİM-in yalnız imtahana hazırlıq mərkəzi olmadığı, eyni zamanda müəllimlərin peşəkar və şəxsi inkişafına töhfə verən platforma olduğu müəllim baxışı ilə təqdim edilib. Çıxışlarda vurğulanıb ki, bu kimi təşəbbüslər müəllimlərin müasir bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır.

Eyni zamanda, "Mr. Taim" platformasının hazırlıq prosesinə təsiri tələbə baxışı ilə təqdim olunub. Qeyd edilib ki, süni intellekt əsaslı yanaşma istifadəçilərə fərdi öyrənmə imkanları yaradır, hazırlıq prosesini daha əlçatan və effektiv edir.

Tədbirdə iştirak edən Əməkdar müəllim Asif Cahangirov da mövzu ilə bağlı fikirlərini bölüşərək süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin müəllim hazırlığında yeni imkanlar açdığını vurğulayıb.

TAİM-in süni intellekt əsaslı bu platforması müəllimlərin bilik səviyyəsini avtomatik analiz edir, fərdi tədris marşrutu qurur, sınaq imtahanları təşkil edir və "Mr. Taim" adlı ağıllı çatbot vasitəsilə real vaxtda dəstək göstərir. Platforma ilkin mərhələdə istifadəçilər üçün ödənişsiz sınaq müddəti təklif edir. Daha sonra isə minimal məbləğlə abunə olmaq mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 7 ayda 86 mindən çox şəxsə proaktiv sosial ödəniş təyin edilib
Cəmiyyət 10:34
Azərbaycanda 7 ayda 86 mindən çox şəxsə proaktiv sosial ödəniş təyin edilib
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionu imiş
Cəmiyyət 09:52
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionu imiş

DYP velosipedçilərə müraciət edib
Cəmiyyət 09:48
DYP velosipedçilərə müraciət edib
Bakının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:46
Bakının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:53
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Cəmiyyət 21:32
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Cəmiyyət 20:59
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Xətai rayonunda yanğın baş verib
Cəmiyyət 19:30
Xətai rayonunda yanğın baş verib
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Cəmiyyət 19:18
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol