• $
  • £

Bəzi bölgələrə qar yağıb - Faktiki hava

Bəzi bölgələrə qar yağıb - Faktiki hava
05.02.2026 10:22

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 31, Şəkidə (Kişçay) 20, Qrızda 14, Şahdağda 13, Xınalıqda 8, Kəlbəcər və Qusarda (Laza) 7, Qubadlı, Laçın və Lerikdə 5, Qobustan, Quba və Xızıda 4, Şamaxıda 3, Yardımlıda 2 sm-dir.

Düşən yağıntının miqdarı Qəbələdə 34, Astarada 23, Lənkəranda 21, Cəlilabad, Neftçalada 18, Oğuzda 15, Balakəndə 14, Biləsuvarda 11, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.

Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qubada duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 12, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol