• $
  • £

“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək

“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
05.02.2026 10:49

“Azərsun Holdinq” sosial məsuliyyət ənənələrinə sadiq qalaraq cəmiyyət üçün əhəmiyyətli layihələrə dəstəyini davam etdirir. 

Şirkətlər qrupu bu dəfə yaşlı insanların sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyəti ilə tanınan, adıçəkilən qeyri-hökümət təşkilatına dəstək göstərəcək.

Layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq”, “Üçüncü Bahar”ın fəaliyyəti üçün lazım olan zəruri qida məhsulları ilə təmin edərək ahıllar üçün yaradılan sosial mühitin davamlılığına töhfə verir.

Bu dəstək yaşlı insanların gündəlik həyatında daha keyfiyyətli və rahat şəraitin formalaşmasına xidmət edir.

 “Üçüncü Bahar” İctimai Birliyi 2017-ci ildən etibarən yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir.

Təşkilat 9 illik fəaliyyəti dövründə  45 mindən çox yaşlının həyatına toxunaraq onlara ümid, sevinc və yeni imkanlar bəxş edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol