• $
  • £

Ədalətli məhkəmə müdafiəsi iqtisadi aktivliyin göstəricisidir – İnam Kərimov

Ədalətli məhkəmə müdafiəsi iqtisadi aktivliyin göstəricisidir – İnam Kərimov
05.02.2026 12:00

Sahibkar üçün ən vacib məsələlərdən biri – mübahisə yarandıqda ədalətli məhkəmə müdafiəsinə arxayın ola bilməsidir  Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov LEGİS hüquq forumunda çıxışında bildirib. 

Onun sözlərinə görə, məhkəmələrdə kommersiya mübahisələrinin artım dinamikaası bir tərəfdən iqtisadi aktivliyin genişlənməsinin, digər tərəfdən isə sahibkarların məhkəmələrin ədalətli qərar vermə qabiliyyətinə inamının göstəricisidir.

İnam Kərimov qeyd edib ki, ixtisaslaşmış kommersiya məhkəmələrinin fəaliyyətə başlaması kommersiya mübahisələrinin daha peşəkar həllinə, məhkəmə təcrübəsində dünyəvi yanaşmanın formalaşmasına və qərarların hüquqi əsaslandırılmasının möhkəmlənməsinə şərait yaradıb. 

“Mübahisə yarandıqda ədalətli və şəffaf məhkəmə müdaxiləsinə arxayınlıq iqtisadi inkişafı dəstəkləyən əsas amillərdəndir,” – o deyib.

İnzibati məhkəmələrin roluna toxunan Kərimov vurğulayıb ki, biznes üçün əsas çətinliklər bəzən kommersiya münasibətlərindən deyil, inzibati qərarlardan qaynaqlanır. Bu baxımdan inzibati hüququn gücləndirilməsi və inzibati qərarların məhkəmədə mübahisələndirilməsi imkanları sahibkarlığın qorunmasında həlledici əhəmiyyət daşıyır.

Kərimov bildirib ki, bu artım cəmiyyətin ədalət mühakiməsinə etimadının real göstəricisidir və inzibati məhkəmələrin vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının müdafiəsində xüsusi rolunu təsdiqləyir.

Ali məhkəmənin sədri əlavə edib ki, güclü dövlət anlayışı vətəndaş və sahibkar hüquqlarının qorunması ilə ölçülür və bu yanaşma ölkədə aparılan məhkəmə-hüquq islahatlarının əsasını təşkil edir. 

O, bu siyasətin İlham Əliyevin “dövlət siyasətinin mərkəzində vətəndaş dayanır” prinsipinə uyğun olaraq həyata keçirildiyini vurğulayıb.

N.Təbrizli 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol