• $
  • £

Bu ildən ipoteka krediti və kirayə mənzillər “SİMA İmza” ilə də əldə ediləcək

Bu ildən ipoteka krediti və kirayə mənzillər “SİMA İmza” ilə də əldə ediləcək
05.02.2026 15:15

SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası təmin olunub. Bu barədə “AzInTelecom” MMC-dən bildirilib.

Qeyd edilib ki, artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, “SİMA İmza”dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar sistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinet yarada və bütün növ müqavilələri imzalaya bilərlər.

Qeyd edək ki, bu yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən inteqrasiya vətəndaşlar üçün vaxt və əlavə xərclərin qarşısının alınması, göstərilən xidmətlərin səmərəliliyinin artırılması məqsədi daşıyır.

SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol