• $
  • £

Əliyev Türkiyədə zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub göndərib

Əliyev Türkiyədə zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub göndərib
05.02.2026 16:36

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin üçüncü ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. 

Məktubda İlham Əliyev zəlzələ nəticəsində həlak olmuş insanların xatirəsini ehtiramla yad edib, faciəni Türkiyə üçün ciddi humanitar sınaq kimi qiymətləndirib. Azərbaycan Prezidentinin sözlərinə görə, baş verən hadisələr Azərbaycan xalqı tərəfindən dərin ağrı ilə qarşılanıb və qardaş Türkiyənin kədəri öz kədəri kimi qəbul olunub.

Əliyev qeyd edib ki, faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti Türkiyənin yanında olub, birlik və həmrəylik nümayiş etdirib. Məktubda Türkiyənin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Ərdoğanın rəhbərliyi altında mühüm nailiyyətlər əldə etdiyi vurğulanıb.

Azərbaycan Prezidentinin bildirdiyinə görə, Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verib və burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak edib.

Məktubda Azərbaycan–Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında bundan sonra da regional sabitlik, təhlükəsizlik və davamlı inkişafa xidmət edəcəyi ifadə olunub.

İlham Əliyev sonda Ərdoğana, həlak olanların ailələrinə və bütün Türkiyə xalqına bir daha başsağlığı verib, həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol