• $
  • £

Əliyev İranın müdafiə nazirini qəbul edib

Əliyev İranın müdafiə nazirini qəbul edib
06.02.2026 11:47

Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qəbul zamanı dövlət başçısı bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığını xatırladaraq, yüksək səviyyəli təmasların ikitərəfli gündəlik məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını bildirib. O, Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.

Prezident Əliyev qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülh bərqərar olub, bu həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün strateji əhəmiyyət daşıyır. Dövlət başçısı həmçinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması və sülhün təmin olunması üçün ölkəsinin dəstək göstərməyə hazır olduğunu bildirib.

Əziz Nəsirzadə Prezident Əliyevə İran Prezidenti Məsud Pezeşkianın salamlarını çatdırıb və ölkəsinin Azərbaycana, o cümlədən Xankəndiyə səfərlərini məmnunluqla xatırladığını vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin inkişafı və müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol