• $
  • £

MŞ: “İdrak” liseyi ilə bağlı hadisədə jurnalist etikası pozulub

MŞ: “İdrak” liseyi ilə bağlı hadisədə jurnalist etikası pozulub
06.02.2026 14:51

“İdrak” liseyində baş vermiş insident ictimai maraq doğursa da, media mənsublarının hadisə ilə bağlı məktəbin şagirdindən açıqlama alma və həmin məlumatları yayma üsulları yolverilməzdir.

Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilib. 

Bəyanatda vurğulanıb ki, sözügedən hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tam ziddir. Xüsusilə, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndinə istinad edilib. Həmin bəndə əsasən, jurnalistlər uşaqların hüquqlarına hörmətlə yanaşmalı, valideynlərinin və ya qanuni nümayəndələrinin icazəsi olmadan onlardan müsahibə götürməməlidirlər.

Qeyd olunub ki, ictimai əhəmiyyət kəsb edən istisna hallar xaric, uşaqların şəxsi həyatı ilə bağlı məlumatların və fotoşəkillərin dərcinə yol verilməməlidir. Həmçinin faciə və ya cinayət hadisələrinə cəlb edilmiş uşaqların kimliyinin qorunması məcburidir.

Mətbuat Şurası bildirib ki, “İdrak” liseyi ilə bağlı yayımlanan materiallarda bu tələblərə əməl edilməyib. Şagirdlə aparılan müsahibə və müsahibə zamanı nümayiş etdirilən davranışlar etik qaydaların “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 5-ci prinsipinin də pozulması kimi qiymətləndirilib.

Bəyanatda vurğulanıb ki, “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” informasiya ilə qarışdırılmamalıdır və sözügedən media fəaliyyəti hadisənin obyektiv mahiyyətinin üzə çıxarılmasına xidmət etməyib.

Mətbuat Şurası jurnalistləri cəmiyyətdə rezonans doğuran və həssas hadisələrin işıqlandırılmasında emosionallıqdan, tələskənlikdən çəkinməyə, peşəkar məsuliyyət nümayiş etdirməyə çağırıb.

“Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və yalnız bu yanaşma medianın cəmiyyətin informasiya tələbatını ödəməsinə imkan verir,” –  bəyanatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol