• $
  • £

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisənin bəzi detalları

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisənin bəzi detalları
07.02.2026 14:47

Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Bu barədə Anews.az-a etibarlı mənbə məlumat verib.

Belə ki, bundan əvvəl məktəb administrasiyası onun müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.

Buna baxmayaraq, şagirdin dərslərə davamiyyəti və akademik göstəriciləri yüksək olduğundan, hadisənin bu cür ağır nəticə ilə bitəcəyinə nə məktəb kollektivi, nə də ətrafındakı şəxslər inanmayıb.

Məlumata görə, şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb.
Əldə etdiyimiz məlumata görə, hadisədən  əvvəl şagirdin “Telegram” platformasında naməlum bir qrupa qoşulduğu müəyyən edilib.

Həmin qrup cinayət xarakterli fəaliyyətlə məşğul olub və şagirdə konkret “öhdəlik” verilib. Ona qurban seçmək imkanı təqdim olunub və şagird müəllimi hədəf seçərək onu öldürmək niyyəti güdüb.

Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları məsələni araşdırır.

Bir gün əvvəl Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Onun boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub.  Müəllimə əməliyyat olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol