• $
  • £

Təmirlə əlaqədar Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edilib - Yenilənib

Təmirlə əlaqədar Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edilib - Yenilənib
08.02.2026 13:33

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Sulutəpə" dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Məlumata görə, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən;

1. Bakı-Sumqayıt şosesi;

2. Tbilisi prospekti - Sumqayıt;

3. Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;

4. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;

5. Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyatın intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

 

***

Hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır. Qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol